...

Sevda Məmmədəliyeva: Erməni saxtakarlığı, plagiatlığı artıq bütün dünyada tanınıb

Cəmiyyət Materials 23 Aprel 2014 12:16 (UTC +04:00)
Erməni saxtakarlığı, plagiatlığı artıq bütün dünyada tanınıb. Ermənilərin tarixi geniş miqyasda saxtalaşdırması, başqa xalqların torpaqlarına göz dikməsi, mədəni irsinə təcavüz etməsi, tanınmış tairxi şəxsiyyətləri erməniləşdiirlməsi danılmaz faktdır.
Sevda Məmmədəliyeva: Erməni saxtakarlığı, plagiatlığı artıq bütün dünyada tanınıb

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir E.Mehdiyev/

"Erməni saxtakarlığı, plagiatlığı artıq bütün dünyada tanınıb. Ermənilərin tarixi geniş miqyasda saxtalaşdırması, başqa xalqların torpaqlarına göz dikməsi, mədəni irsinə təcavüz etməsi, tanınmış tarixi şəxsiyyətləri erməniləşdirilməsi danılmaz faktdır". Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva "Ümumdünya kitab və müəlliflik hüququ günü" münasibətilə "Mədəni irsin qorunması və erməni saxtakarlıqları" mövzusunda keçririlən konfransda çıxışı zamanı deyib

Onun sözlərinə görə, mənfur qonşular adət-ənələri, tarixi abidləri, musiqini, musiqi alətlərini, mətbəxi və digər nümunələri öz adlarına çıxarmağa çalışırlar.

Bu məqsədlə ermənilərin hər bir yola, cinayətə əl atdıqlarını deyən nazir müavini vurğulayıb ki, Azərbaycan xalqının mədəni irsinin qorunması, ermənilər tərəfindən özününkiləşdirilməsinə yol verilməməsi bu gün qarşıda duran ən ümdə vəzifələrdəndir: "Keçən il Azərbaycan beynəlxalq səviyyədə bu məsələni qaldıra bilib. Belə ki, ölkəmiz Haaqa Konvensiyasının müvafiq komitəsinə üzv seçilib və işğal olunan ərazilərdə mədəni irsin vəziyyətini iclasın gündəliyinə daxil edərək bu istiqamətdə müvafiq sənədin qəbul edilməsinə nail olub. Qobustan və İçərişəhərin YUNESKO-nun gücləndirilmiş mühafizə statusunu alması da uğurların davamı kimi qymətləndirmək olar".

S.Məmmədəliyevanın sözlərinə görə, lakin hələ də cəzasız qalan fakt odur ki, erməni vandalizmi nəticəsində Azərbaycan xalqının çoxəsrlik tarixini əks etdirən 700-dən artıq tarixi və mədəniyyət abidəsi, o cümlədən 11 dünya əhəmiyyətli abidə dağıdılıb, qarət edilib və yandırılıb: "Ermənilər tərəfindən Azərbaycan mədəni irsinin mənimsənilməsinə yol verilməməsi üçün bütün imkanlardan istifadə etməliyik. Bu məsələyə vahid kompleks yanaşma olmalı və həyata keçirilən tədbirlər sistemli və davamlı xarakter daşımalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti