...

Türkiyədə qeyd edilən Uşaq bayramında üç azyaşlı saxlanılıb

Cəmiyyət Materials 23 Aprel 2014 14:27 (UTC +04:00)
Türkiyədə hər il aprelin 23-də qeyd edilən Uşaq bayramında üç azyaşlı təxribatçı şüarlar səsləndirdiyi üçün saxlanılıb.
Türkiyədə qeyd edilən Uşaq bayramında üç azyaşlı saxlanılıb

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə hər il aprelin 23-də qeyd edilən Uşaq bayramında üç azyaşlı təxribatçı şüarlar səsləndirdiyi üçün saxlanılıb. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Hurriyet" qəzeti yazıb.

Qəzetin məlumatına əsasən, bayram şənliklərinə qatılan uşaqlar "Berkin ölməzdir" şüarı səsləndirdikdən sonra polislər tərəfindən saxlanılıblar.

Məlumat üçün qeyd edək ki, 14 yaşlı Berkin Əlvan keçən il Taksim meydanında keçirilən etiraz aksiyaları zamanı yaralanmışdı və bu il vəfat edib. Bu il martın 11-də Türkiyənin bir çox şəhərlərində onun ölümü ilə əlaqədar etiraz aksiyaları keçirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti