...

Azərbaycanda "Artilleriya Allahı"nın doğum günü qeyd olunub (FOTO)

Cəmiyyət Materials 23 Aprel 2014 16:39 (UTC +04:00)
Azərbaycan Xalq Cümhuriyyətinin hərbi nazirinin müavini, tam artilleriya generalı Əliağa Şıxlinskinin doğum günü qeyd olunub.
Azərbaycanda "Artilleriya Allahı"nın doğum günü qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycan Xalq Cümhuriyyətinin hərbi nazirinin müavini, tam artilleriya generalı Əliağa Şıxlinskinin doğum günü qeyd olunub.

Trend xəbər verir ki, bu gün Rusiya imperator ordusunun tam artilleriya generalı, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi nazirinin müavini, sovet hərbi xadimi Ə.Şıxlinskinin doğum günü münasibətilə tədbir keçirilib.

Bu münasibətlə Ə.Şıxlınskinin məzarı önündə keçirilən tədbirdə müdafiə nazirinin müavini, general-leytenant Çingiz Məmmədov, Azərbaycan Silahlı Qüvvələrinin zabitləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə müdafiə naziri Zakir Həsənovun adından general Ə.Şıxlınskinin məzarı önünə əklil qoyulub.

Tədbirdə çıxış edən Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani general Ə.Şıxlınskinin dünya hərb tarixində müstəsna yeri olduğunu deyib. O, qeyd edib ki, hələ ötən əsrin 90-cı illərində bir qrup Azərbaycan zabiti general Ə.Şıxlınskinin adının əbədiləşdirilməsi barədə təklif irəli sürmüşdü.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti