...

Bakının Nizami rayonunda rus icmasının hesabat-seçki yığıncağı keçirilib (FOTO)

Cəmiyyət Materials 23 Aprel 2014 17:51 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının binasında rayonun rus icmasının hesabat-seçki yığıncağı keçirilib.
Bakının Nizami rayonunda rus icmasının hesabat-seçki yığıncağı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının binasında rayonun rus icmasının hesabat-seçki yığıncağı keçirilib.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva rus icmasının üzvlərini Pasxa bayramı münasibətilə təbrik edib və uğurlar arzulayıb.

Yığıncaqda Nizami rayonu rus icmasının rəhbəri Larisa Kovalyova icmanın ötən ildəki fəaliyyətinə dair hesabatla çıxış edərək görülən işlərdən ətraflı danışıb.

Sonra hesabat ətrafında çıxışlar olub.

Çıxış edən Azərbaycan Respublikası rus icmasının rəhbəri, Milli Məclisin deputatı Mixail Zabelin ölkəmizin tolerantlıq və sabitlik məkanı olduğunu bildirib.

Deputat qeyd edib ki, Azərbaycan MDB məkanında yeganə dövlətlərdəndir ki, burada digər xalqların və konfessiyaların nümayəndələri birgə, sülh şəraitində yaşayırlar.

Nizami rayonu rus icmasının üzvləri də çıxış edərək uğurlardan və çatışmazlıqlardan danışıb, icmanın ötənilki fəaliyyətinə dair hesabatı qənaətbəxş hesab ediblər.

Sonra Nizami rayonu rus icmasının idarə heyətinin üzvləri və Azərbaycan Respublikası rus icmasının sentyabrda keçiriləcək növbəti qurultayına nümayəndələr seçilib. L.Kovalyova isə yekdilliklə növbəti müddətə yenidən rayonun rus icmasının sədri seçilib.

Yekunda çıxış edən Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov rus icmasının fəaliyyətini yüksək qiymətləndirib, icma üzvlərini Pasxa bayramı münasibətilə təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Yığıncağın sonunda Pasxa bayramı münasibətilə Nizami rayonu rus icmasının 200-dən artıq üzvünə sovqat paylanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti