...

Azərbaycanda magistral yolun bir hissəsi bağlanacaq (FOTO)

Cəmiyyət Materials 24 Aprel 2014 09:55 (UTC +04:00)
Hacıqabul-Bəhramtəpə-Horadiz avtomobil yolunun bir hissəsi bağlanacaq.
Azərbaycanda magistral yolun bir hissəsi bağlanacaq (FOTO)

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İzzət/

Hacıqabul-Bəhramtəpə-Horadiz avtomobil yolunun bir hissəsi bağlanacaq. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, Hacıqabul-Bəhramtəpə-Horadiz avtomobil yolunun Saatlı rayonu ərazisindən keçən hissəsində üst aşınma layının qoyulması ilə əlaqədar 48-ci km-dən 56-cı km-ə qədər hissə aprelin 25-dən 28-dək bağlanacaq.

P.Mürsəliyev qeyd edib ki, magistral yolda alternativ yolu göstərən nişanlar qoyulacaq. Ona görə də sürücülərdən alternativ yoldan istifadə etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti