...

Bakıdakı yol qovşaqlarının birində hərəkət məhdudlaşdırılıb

Cəmiyyət Materials 24 Aprel 2014 11:45 (UTC +04:00)
Sürüclərdən xahiş olunur ki, həmin istiqamətdə alternativ yollardan istifadə etsinlər.
Bakıdakı yol qovşaqlarının birində hərəkət məhdudlaşdırılıb

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İzzət/

Bakıdakı yol qovşaqlarının birində hərəkət məhdudlaşdırılıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yolun hərəkət hissəsinin üfüqi nişanlanması işlərinin aparılması ilə əlaqədar bu gün saat 11:00-dan etibarən, Suraxanı yol qovşağında ("Buta Palace"-ın yaxınlığı) nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb.

Sürüclərdən xahiş olunur ki, həmin istiqamətdə alternativ yollardan istifadə etsinlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti