...

Azərbaycanda fərdi sahibkar olan qadınların 60 faizi regionlarda fəaliyyət göstərir

Cəmiyyət Materials 24 Aprel 2014 12:01 (UTC +04:00)
Azərbaycanda fərdi sahibkar olan qadınların 60 faizi regionlarda, 40 faizi isə Bakıda fəaliyyət göstərir.
Azərbaycanda fərdi sahibkar olan qadınların 60 faizi regionlarda fəaliyyət göstərir

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda fərdi sahibkar olan qadınların 60 faizi regionlarda, 40 faizi isə Bakıda fəaliyyət göstərir. Trend-in məlumatına görə, bunu iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı üzrə Xüsusı Proqram çərçivəsində qadın sahibkarlığının inkişafı üzrə beynəlxalq konfransda çıxışı zamanı deyib.

S.Hüseynova bildirib ki, ölkədə həyata keçirilən tədbirlər nəticəsində son illərdə qadın sahibkarların sayı artıb. Ötən il ərzində fərdi sahibkarların sayı 5,2 faiz artaraq 455 min nəfərə çatıb ki, onların da 17,9 faizini qadınlar təşkil edir. Azərbaycanda fəaliyyət göstərən qadın sahibkarlar əsasən yüngül sənaye, tikiş sənayesi, xalçaçılıq, tətbiqi incəsənət, xalq sənətkarlığı, elm və təhsil, yeyinti sənayesi, kənd təsərrüfatı, ticarət və xidmət sahələrində çalışırlar.

Nazir müavini qeyd edib ki, qadın sahibkarlığının inkişafı yoxsulluğun azaldılması, qadınların sosial və iqtisadi nüfuzunun artması və bir çox hallarda cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına yardım edir.

S.Hüseynovanın sözlərinə görə, 2002-2013-cü illər ərzində 2070 qadın sahibkara 60 milyon dollaradək, o cümlədən 2013-cü ildə 430 qadın sahibkara 12 milyon dollaradək güzəştli kredit verilib. Onlara verilən bu kreditlərin hesabına 2002-2013-cü illər ərzində 3000-dək yeni iş yeri açılıb. Yalnız 2013-cü ildə qadın sahibkarlara verilən kreditlər hesabına 1064 yeni iş yeri açılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti