...

İDEYA QAZANDI (FOTO-VİDEO)

Cəmiyyət Materials 24 Aprel 2014 15:59 (UTC +04:00)
"İDEYA QAZANDI" - Gənclərə öz biznes ideyalarını reallaşdırmağa imkan verən Azərbaycanda ilk işgüzar televiziya müsabiqəsidir.
İDEYA QAZANDI (FOTO-VİDEO)

"İDEYA QAZANDI" - Gənclərə öz biznes ideyalarını reallaşdırmağa imkan verən Azərbaycanda ilk işgüzar televiziya müsabiqəsidir.

"İDEYA QAZANDI" televiziya yarışmasında 5 investor gənclərin ideyalarına sərmayə yatırmaq üçün seçim edir və bu ideyalarını həyata keçirməyə vəsait ayırır. İnvestorlar Paşa Bank, Garant Holding, Buta Sığorta, Red Communications və Veritas Management Systems kimi nüfuzlu şirkətlərdir.

Layihə Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyəti, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun və Youth İNC proqramının təşkilati dəstəyi ilə həyata keçirilir.

Verilişdə 16-35 yaş arası gənclər iştirak edir. Verilişin rejissoru xüsusi olaraq ABŞ-dan dəvət olunmuş Daniel Katzdır. İlk seriya may ayının birinci həftəsi ATV kanalında yayımlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti