...

Azərbaycan Coğrafiya Cəmiyyətinin IX qurultayı keçiriləcək

Cəmiyyət Materials 24 Aprel 2014 16:43 (UTC +04:00)
Aprelin 30-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Coğrafiya Cəmiyyətinin IX qurultayı keçiriləcək.
Azərbaycan Coğrafiya Cəmiyyətinin IX qurultayı keçiriləcək

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İsabalayeva/

Aprelin 30-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Coğrafiya Cəmiyyətinin IX qurultayı keçiriləcək.

İnstitutdan Trend-ə verilən məlumata görə, qurultayda qoyulan bir çox məsələlər müzakirə ediləcək. Tədbirdə Azərbaycan Coğrafiya Cəmiyyətinin hesabatı dinləniləcək.

Qurultayda Cəmiyyətin yeni Rəyasət Heyəti və prezidenti seçiləcək, qurumun növbəti konfransının keçirilməsi barədə qərar veriləcək.

Bununla yanaşı, "Coğrafiya Cəmiyyətinin Əsərləri" jurnalının təsis olunacaq, Coğrafiya Cəmiyyətinin elektron saytı təqdim ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti