...

TQDK sonuncu sınaq imtahanının nəticələrini açıqlayıb

Cəmiyyət Materials 24 Aprel 2014 16:49 (UTC +04:00)
İmtahanda ən yüksək nəticə III ixtisas qrupu üzrə 696 bal olub.
TQDK sonuncu sınaq imtahanının nəticələrini açıqlayıb

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 20-də keçirilmiş sınaq imtahanının nəticələrini açıqlayıb.

Trend Komissiyanın rəsmi saytına istinadən bildirir ki, hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Sınaq imtahanının nəticələrin ə əsasən, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 49066 abituriyentdən 2981 nəfəri imtahanda iştirak etməyib. İmtahan qaydalarını pozduğu üçün 10 abituriyentin nəticəsi ləğv edilib.

İmtahanda ən yüksək nəticə III ixtisas qrupu üzrə 696 bal olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti