...

Gəncə gəncləri "Go dance" yarışmasına yüksək səviyyədə hazırlaşırlar (FOTO)

Cəmiyyət Materials 24 Aprel 2014 20:43 (UTC +04:00)
Bu gün YAP Gəncə şəhər təşkilatının qərargahında "Go dance" yarışması ilə bağlı tədbir keçirilib.
Gəncə gəncləri "Go dance" yarışmasına yüksək səviyyədə hazırlaşırlar (FOTO)

Azərbaycan, Bakı, 24 aprel /Trend/

Bu gün YAP Gəncə şəhər təşkilatının qərargahında "Go dance" yarışması ilə bağlı tədbir keçirilib.

Tədbirdə Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədri Fərid Dünyamalıyev, "Odlar Yurdu" Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova, "İrəli" İctimai Birliyinin Gəncə şəhər nümayəndəliyinin sədri Elmir Bağırov, ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədrləri və tələbələr iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi M.Cəfərov Azәrbaycanda ilk dәfә 28 May - Respublika Gününə həsr olunmuş "Go Dance" ("Rəqs et") fləşmobu haqqında gənclərə məlumat verərək bildirib ki, may ayının son həftəsində Bakı şəhərində "Kristal Zal"da baş tutacaq tədbirdə 4 şəhərin - Bakı, Gəncə, Sumqayıt və Quba şәhәrlərinin iştirakı nəzərdə tutulub. Onların içərisində "2016 - Avropanın Gənclər Paytaxtı" Gəncə şəhəri də təmsil olunacaq.

Artıq Gəncədə "Go dance" rəqs müsabiqəsində iştirak etmək istəyən gənclərin qeydiyyatı başa çatmaq üzrədir. Həmin gənclərin məşqi bazar ertəsindən etibarən Gəncə Olimpiya Kompleksində baş tutacaq. Yarışmada yüksək səviyyədə təmsil olunmağımız üçün şəhərimizə bacarıqlı xareoqraflar dəvət olunacaq.

"Respublikamızda ilk dəfə minlərlə gəncin iştiraki ilə "Go dance" rəqs müsabiqəsində Gəncə şəhəri layiqincə təmsil olunmalıdır və biz çalışmalıyıq ki, şəhərimiz bu yarışda qalib olsun", - YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin sədri F.Dünyamalıyev belə deyib.

"Odlar Yurdu" Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova bu yarışda iştirak edəcək gəncləri məsuliyyətli olmağa çağırıb və onlara uğurlar arzulayıb.

Sonda dünyada keçirilən "Go dance" müsabiqəsindən videoçarxlar izlənilib. Gənclər yarışma ilə bağlı maraqlı fikirlərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti