...

Azərbaycan ərazisində hava küləkli və yağmurlu olacaq

Cəmiyyət Materials 25 Aprel 2014 12:52 (UTC +04:00)
Sabah Azərbaycan ərazisində hava küləkli və yağmurlu olacaq.
Azərbaycan ərazisində hava küləkli və yağmurlu olacaq

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir İ.İsabalayeva/

Sabah Azərbaycan ərazisində hava küləkli və yağmurlu olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, aprelin 26-da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi axşama doğru arabir güclənən şimal küləyi ilə əvəz olunacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 8-11, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Azərbaycanın bölgələrində də arabir şimşək çaxacaq, qısamüddətli yağış yağacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 8-13, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

Azərbaycanda qeyri-sabit hava şəraiti aprelin 28-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti