...

Milli Oftalmologiya Mərkəzi ötən il 108 025 xəstəyə xidmət göstərib

Cəmiyyət Materials 28 Aprel 2014 12:11 (UTC +04:00)
Səhiyyə Nazirliyi Milli Oftalmologiya Mərkəzinə 2013-cü ildə 108 025 xəstə daxil olub. Səyyar klinika vasitəsilə 2500 xəstəyə baxış keçirilib və 200 xəstə əməliyyat edilib.
Milli Oftalmologiya Mərkəzi ötən il 108 025 xəstəyə xidmət göstərib

Azərbaycan, Bakı, 28 aprel /Trend, müxbir İ.İsabalayeva/

Səhiyyə Nazirliyi Milli Oftalmologiya Mərkəzinə 2013-cü ildə 108 025 xəstə daxil olub. Səyyar klinika vasitəsilə 2500 xəstəyə baxış keçirilib və 200 xəstə əməliyyat edilib. Trend-in məlumatına görə, bunu Səhiyyə Nazirliyi Milli Oftalmologiya Mərkəzinin direktoru, respublikanın baş oftalmoloqu Elmar Qasımov akademik Zərifə Әliyevanın anadan olmasının 91-ci ildönümünə həsr olunmuş "Müasir oftalmologiyanın problemləri və son nailiyyətləri" mövzusunda keçirilən beynəlxalq elmi konfransda cıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda oftalmologiya son illərdə dinamik inkişaf edən tibb sahələrindən biridir. Son illərdə həm diaqnostika metodları sürətlə inkişaf edir, həm də yeni cərrahi və farmakoloji müalicə vasitələri oftalmoloji praktikaya tətbiq edilir. Bu tərəqqi ilə ayaqlaşmaq ücün oftalmologiya sahəsində nəşr edilən vəsaitlərin yenilənməsinə ehtiyac var.

Azərbaycanda oftalmologiya sahəsinin keçdiyi inkişaf yolundan danışan E.Qasımov deyib ki, Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun tarixi görkəmli oftalmoloq, akademik Zərifə Әliyevanın adı ilə sıx bağlı olub. Gənc alim Z.Әliyeva traxomanın müalicəsi üzrə dissertasiya müdafiə etdikdən sonra elmi işçi kimi Oftalmologiya Elmi-Tədqiqat İnstitutunda çalışmağa başlayıb. Daha sonra Z.Әliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru və kafedra müdiri vəzifəsində çalışıb. Akademik daha sonra Oftalmologiya İnstitununu unutmayıb, Bakıda müasir Oftalmologiya Mərkəzinin yaradılması üçün böyük səy göstərib.

2001-ci il yanvarın 21-dən ümummilli lider Heydər Әliyevin sərəncamı ilə instituta görkəmli alim Z.Әliyevanın adı verilib. 2005-ci ildən instituta professor Elmar Qasımov rəhbərlik edir.

Nazirlər Kabinetinin 115 saylı qərarı ilə 4 avqust 2009-cu ildən Zərifə Әliyeva adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu Akademik Zərifə Әliyeva adına Milli Oftalmologiya Mərkəzi adlandırılıb. Milli Oftalmologiya Mərkəzinin tarixi ərzində 15 tibb elmləri doktoru, 95 tibb elmləri namizədi hazırlanıb.

E.Qasımov deyib ki, Zərifə xanımın elmi yaradıcılığı çoxşaxəli olub. Onun 200-dən artıq elmi əsəri nəşr edilib. Onlardan 15-i monoqrafiyadır.

Rusiyalı aliım, tanınmış professor İqor Kornelovskiy bildirib ki, Zərifə xanım qısa həyat sürsə də, mənalı ömür yaşayıb. Onun gördüyü işlərdən bu gün də bir sıra oftalmoloji mərkəzlər faydalanır. "Elm işıqdır, ancaq göz olmadan elm olmaz" deyən alim qeyd edib ki, bu gün texnologiyaların inkişafı oftalmologiya sahəsinin daha da inkişaf etməsinə səbəb olur. Ancaq bu texnologiyalardan daha yaxşı istifadə etmək üçün Zərifə xanım kimi alimlərin nəzəri biliklərindən yararlanmaq faydalı olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti