...

Trend İnformasiya Agentliyi Sankt-Peterburqda media hadisəsində dünyanın ən böyük KİV-ləri ilə bir arada

Cəmiyyət Materials 27 May 2014 18:16 (UTC +04:00)
Bu ayın ortalarında Beynəlxalq Peterburq İqtisadi Forumunda Trend də daxil olmaqla dünyanın aparıcı kütləvi informasiya vasitələri rəhbərlərinin müzakirə etdikləri mövzulardan biri dünya ani əlaqə və sosial medialar yayımı cəmiyyətlərinin qarşısında duran problemlər oldu.
Trend İnformasiya Agentliyi Sankt-Peterburqda media hadisəsində dünyanın ən böyük KİV-ləri ilə bir arada

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir K.Salhani/

Bu ayın ortalarında Beynəlxalq Peterburq İqtisadi Forumunda Trend İnformasiya Agentliyi də daxil olmaqla dünyanın aparıcı kütləvi informasiya vasitələri rəhbərlərinin müzakirə etdikləri mövzulardan biri dünya ani əlaqə və sosial medialar yayımı cəmiyyətlərinin qarşısında duran problemlər oldu.

Verilən suallar arasında bunlar var idi: Müasir dünyada kütləvi informasiya vasitələrinin rolu hansıdır? KİV dövlətlə cəmiyyət arasında vasitəçi olmaq rolunun öhdəsindən kifayət qədər yaxşı gəlirmi? Dövlətin maraqları hadisələrin qərəzsiz işıqlandırılması ehtiyacı üzərində üstünlük təşkil edirmi? Kütləvi informasiya vasitələri informasiyanın doğruluğuna nəzarət etməyə qadirdirlərmi?

Müzakirələrdə xüsusilə maraqlı bəndlərdən biri kütləvi informasiya vasitələrinə nəzarət etməyin getdikcə daha çətin olması barədə reallıq oldu.

Facebook, Twitter kimi bloqlara, veb-saytlara və sosial saytlara malik internet kimi bütün məlumatlar cəngəlliyindənsə, bir qəzeti senzuraya məruz qoymaq daha asandır. Ərəb inqilablarında sosial medianın oynadığı rol haqqında danışmaq kifayətdir.

Mətbuat azadlığının xüsusiyyəti ondan ibarətdir ki, nəşrlərin nisbi azadlığının sayəsində qalib gələn kimsə eyni zamanda peşəkarlığı və jurnalist etikasını itirir.

Konfransda müzakirə olunan daha bir bənd dünya KİV-in gündəliyini müəyyən etmək idi. Bu, əlbəttə, eyni cür işləyən iki KİV-in olmadığını nəzərə alaraq, son dərəcə az inandırıcıdır.

Həqiqətən əhəmiyyətli olan KİV-in bu gün malik olduğundan daha böyük hakimiyyətə malik olmağa başlamasıdır. Məsələn, reytinq agentliklərinin nəşrləri, statistika, agentliklərin rəyləri və milli iqtisadiyyatların qərəzli izahı tez-tez dünya dövlətləri tərəfindən xarici siyasət aləti kimi istifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti