...

"Nida" təşkilatının üzvü Azərbaycan Prezidentinə müraciət edib

Cəmiyyət Materials 24 İyun 2014 18:31 (UTC +04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Elsevər Mürsəliyev cəza çəkdiyi müəssisənin rəhbərliyi vasitəsilə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.
"Nida" təşkilatının üzvü Azərbaycan Prezidentinə müraciət edib

Azərbaycan, Bakı, 24 iyun /Trend/

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan məhkum Elsevər Mürsəliyev cəza çəkdiyi müəssisənin rəhbərliyi vasitəsilə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib. Bu barədə Trend-ə Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Müraciətdə deyilir: "Hörmətli cənab Prezident! Mən, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası məhkəməsinin 03.04.2014-cü il tarixli hökmü ilə CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilmişəm. Törətdiyim əmələ görə peşmançılıq çəkirəm. Əvvəllər "NİDA" vətəndaş təşkilatının və AXCP-nin üzvü olduğum üçün müxalif partiyalar məni siyasi məhbus kimi qələmə verməklə "Azadlıq" qəzetində "Vicdan məhbusu" sıralarına daxil etmişlər. Mən AXCP və NİDA üzvlüyündən imtina etməklə bağlı həmin təşkilatlara müraciət ünvanlamaqla şəklimin "Azadlıq" qəzetindən çıxarılmasını tələb etmişəm. Sizin apardığınız uğutlu daxili və xarici siyasəti dəstəkləyirəm və söz verirəm ki, bundan sonra da Sizin rəhbərlik etdiyiniz qudrətli Azərbaycan Respublikasına layiqli vətəndaş olacağam. Lazım gələrsə Ali Baş Komandan kimi Sizin əmrinizlə Azərbaycanın suverenliyi və bütövlüyü uğrunda düşmənə qarşı cəbhədə döyüşə hazıram. Ailəm və öz adımdan Sizə öz təşəkkürümü bildirirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti