...

Mikayıl Cabbarov: Ali təhsil müəssisələri arasında sağlam rəqabət güclənib

Cəmiyyət Materials 27 İyun 2014 10:49 (UTC +04:00)
Dövlət sifarişinin adambaşına maliyyə prinsipinin üzərində qurulması ali təhsil müəssisələri arasında sağlam rəqabəti gücləndirib.
Mikayıl Cabbarov: Ali təhsil müəssisələri arasında sağlam rəqabət güclənib

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İlkin İzzət/

Dövlət sifarişinin adambaşına maliyyə prinsipinin üzərində qurulması ali təhsil müəssisələri arasında sağlam rəqabəti gücləndirib.

Trend-in xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov Bakıda Təhsil və Maliyyə nazirliklərinin təşkilatçılığı ilə "Ali təhsil müəssisələrində yeni maliyyələşdirmə mexanizminin ilkin nəticələri və təhsil sistemində FARABİ layihəsinin tətbiqinin vəziyyəti və perspektivləri" mövzusunda keçirilən konfransda deyib ki, ali təhsil sistemində adambaşına maliyyələşmənin tətbiqi ali təhsil məsələlərində maliyyə muxtariyyətinin əsasını qoyub, öz gəlirlərini ehtiyaclarına uyğun şəkildə xərcləmək, müstəqil qərar qəbul etmə imkanı verib.

Onun sözlərinə görə, artıq bir çox ali məktəblər bu sahədə müəyyən təcrübə qazanıblar: "Dövlət sifarişinin adambaşına maliyyələşmə prinsipinin üzərində qurulması dolayısı ilə ali məktəblərin reytinqini müəyyən etməklə onlar arasında sağlam rəqabət yaradıb. Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında 5 əsas istiqamətindən biri dünyanın aparıcı təhsil standartları ilə eyni səviyyədə olan maliyyələşdirmə modelinin qurulmasını ehtiva edir. Bu istiqamətdə görüləsi işlər hələ çoxdur. İlkin mərhələdə ən böyük hədəf daxili xərclər strukturunun optimallaşdırılması və təhsilə odekvat həcmdə maliyyə resurslarının cəlb edilməsidir. Onu da unutmamalıyıq ki, aparılan islahatların mərkəzində tələbələr durur. Atılan addımların əsas məqsədi onların təhsillərində keyfiyyət artımına nail olmaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti