...

Təhsil Nazirliyi "İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi"nə start verib

Cəmiyyət Materials 3 İyul 2014 18:08 (UTC +04:00)
Nazirlikdən Trend-ə verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarovun 3 iyul 2014-cü il tarixli 768 nömrəli əmrinə əsasən, iyulun 3-dən başlayaraq 2 ay müddətində bu istiqamətdə hazırlanmış layihələr qəbul ediləcək.
Təhsil Nazirliyi "İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi"nə start verib

Azərbaycan, Bakı, 3 iyul /Trend/

Təhsil Nazirliyi "İctimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi"nə start verib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, təhsil naziri Mikayıl Cabbarovun 3 iyul 2014-cü il tarixli 768 nömrəli əmrinə əsasən, iyulun 3-dən başlayaraq 2 ay müddətində bu istiqamətdə hazırlanmış layihələr qəbul ediləcək.

Müsabiqədə iştirak etmək istəyən təşkilatlar və şəxslər bu elana əlavə olunan "Göstərişlər"ə uyğun formada layihə təklifləri hazırlamalıdırlar. İştirakçılar hazırladıqları layihə təkliflərini adi poçt və ya elektron poçt ([email protected]) vasitəsilə təqdim edə bilərlər.

Təhsil Nazirliyi vətəndaş cəmiyyəti institutları və ayrı-ayrı tədqiqatçılar ilə təhsil sahəsində mövcud olan problemlərin araşdırılması və həll edilməsi yönündə sıx əməkdaşlığın qurulmasını əsas prioritet istiqamətlərindən biri hesab etdiyindən müvafiq layihələrin həyata keçirilməsinə xüsusi əhəmiyyət verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti