...

Həftənin ilk iş günü Azərbaycanda hava əsasən yağmursuz keçəcək

Cəmiyyət Materials 6 İyul 2014 14:01 (UTC +04:00)
Həftənin ilk iş günü Azərbaycanda hava dəyişkən buludlu olacaq və əsasən yağmursuz keçəcək.
Həftənin ilk iş günü Azərbaycanda hava əsasən yağmursuz keçəcək

Azərbaycan, Bakı, 6 iyul /Trend /

Həftənin ilk iş günü Azərbaycanda hava dəyişkən buludlu olacaq və əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, iyulun 7-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Gün ərzində hava əsasən yağmursuz olacaq.

Abşeron yarımadasında temperaturun gecə 21-26 dərəcə isti, gündüz 34-38 dərəcə isti, Bakıda gecə 24-26 dərəcə isti, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Havanın temperaturu gecə 16-21 dərəcə isti, gündüz 30-35 dərəcə isti olacaq.

Aran rayonlarında iyulun 7-da havanın əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır. Temperaturun gecə 20-25 dərəcə, gündüz 34-39 dərəcə, bəzi yerlərdə 37 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti