...

Azərbaycanda hava şəraiti dəyişəcək: temperatur enəcək, külək güclənəcək

Cəmiyyət Materials 7 İyul 2014 12:34 (UTC +04:00)
Sabah Azərbaycanda havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enəcək, küləkli hava şəraiti üstünlük təşkil edəcək.
Azərbaycanda hava şəraiti dəyişəcək: temperatur enəcək, külək güclənəcək

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah Azərbaycanda havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə enəcək, küləkli hava şəraiti üstünlük təşkil edəcək. Ölkə ərazisində sərin hava şəraiti iyulun 8 və 9-da müşahidə ediləcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, iyulun 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Sabah küləkli hava şəraiti müşahidə ediləcək, şimal-qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 20-24, gündüz 27-32 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 19-25, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti