...

Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri üçün ixtisas seçimi ləğv edilib

Cəmiyyət Materials 7 İyul 2014 17:16 (UTC +04:00)
Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) təhsil alan tələbələr üçün ixtisas seçimi ləğv edilib.
Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri üçün ixtisas seçimi ləğv edilib

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) təhsil alan tələbələr üçün ixtisas seçimi ləğv edilib.

Universitetdən Trend-ə verilən məlumata görə, məktəbin rektoru, professor Ədalət Muradov imtahan sessiyasının yekunu ilə bağlı qrup nümayəndələri, tələbələr və tədris bölmələrinin rəhbərinin iştirakı ilə görüş keçirib. Görüş zamanı imtahan sessiyasının təkmilləşdirilməsi istiqamətində tətbiq edilən dəyişikliklər barədə müzakirələr aparılıb, təkliflər dinlənilib.

Universitet rektoru müraciətləri nəzərə alaraq ADİU-da ixtisas seçiminin ləğv edilməsi qərarını verib.

Yekun qərara əsasən, ADİU-da təhsil alan tələbələr ixtisas seçimi prosesində istədikləri istiqaməti seçə biləcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti