...

Azərbaycanın ucqar məktəblərində işləyən gənc müəllimlər üçün əlavə stimullaşdırıcı tədbirlər planı hazırlanır

Cəmiyyət Materials 8 İyul 2014 11:12 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi ucqar yaşayış məntəqələrində çalışan gənc müəllimlərin əməyinin stimullaşdırılması üçün əlavə tədbirlər planı hazırlayır.
Azərbaycanın ucqar məktəblərində işləyən gənc müəllimlər üçün əlavə stimullaşdırıcı tədbirlər planı hazırlanır

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi ucqar yaşayış məntəqələrində çalışan gənc müəllimlərin əməyinin stimullaşdırılması üçün əlavə tədbirlər planı hazırlayır.

Trend Təhsil Nazirliyinin saytına istinadən bildirir ki, Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq, peşəkar bilik və kompetensiyalara malik müəllim və təhsil menecerlərinin hazırlanmasına, eləcə də müəllim peşəsinin nüfuzunun artırılmasına xidmət edən islahat yönümlü tədbirlər davam etdirilir.

Yeni tədris ilindən müəllimlik ixtisasına qəbul olunmuş tələbələr üçün xüsusi stimullaşdırma proqramları həyata keçiriləcəkdir. Belə ki, bu ixtisasları öz arzusu ilə seçən və yüksək balla qəbul olunan gənclərə xüsusi imtiyazlar tətbiq ediləcək. Ali təhsil müəssisələrinə qəbulda 500 və daha yüksək bal toplayan, ixtisas seçimində birinci müəllimlik ixtisasını qeyd edən ilk 300 tələbəyə 100 manat məbləğində əlavə təqaüd veriləcək. Əğər bu cür tələbələrin sayı 300 nəfərdən az olarsa, o halda ixtisas seçimində müəllimlik ixtisasını ikinci yerdə qeyd edən tələbələrin arasında seçim ediləcək.

Pedaqoji kadr hazırlayan ali təhsil müəssisələrində tədris proqramlarının məzmununa yenidən baxılması nəzərdə tutulub.

2014-2015-ci tədris ili üzrə pedaqoji ixtisaslar üzrə tələbə qəbulu planında bir sıra mühüm yeniliklər tətbiq edilib. Bir sıra ali təhsil müəssisəsi və ali məktəb filiallarına pedaqoji ixtisaslar üzrə kolleclərə "ibtidai sinif müəllimliyi" və "informatika müəllimliyi" ixtisaslarına qəbul dayandırılıb.

Kolleclərdə "məktəbəqədər təlim və tərbiyə" ixtisası üzrə qəbul yerləri əvvəlki tədris ilinə nisbətən 38 faiz az planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti