...

IDEA İctimai Birliyi Heydər Əliyev Mərkəzi ilə birgə "Mənim eko hekayəm" adlı müsabiqə elan edir

Cəmiyyət Materials 8 İyul 2014 13:09 (UTC +04:00)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA İctimai Birliyi Heydər Əliyev Mərkəzi ilə birgə “Mənim eko hekayəm” adlı sosial ekoloji müsabiqə elan edib.
IDEA İctimai Birliyi Heydər Əliyev Mərkəzi ilə birgə "Mənim eko hekayəm" adlı müsabiqə elan edir

Azərbaycan, Bakı, 8 iyul /Trend/

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təsisçisi və rəhbəri olduğu IDEA İctimai Birliyi Heydər Əliyev Mərkəzi ilə birgə "Mənim eko hekayəm" adlı sosial ekoloji müsabiqə elan edib.

Trend-in məlumatına görə, müsabiqəyə ekoloji mövzuda çəkiləcək sosial videoçarx üçün ssenarilər təqdim oluna bilər.

Layihənin həyata keçirilməsində məqsəd insanları ətraf mühitə dəyən ziyanlar barədə məlumatlandırmaq, ekoloji problemlərin həllinin vacibliyini vurğulamaq və bu problemlərin həllində vətəndaşların rolunu artırmaqdır.

Müsabiqənin qaydalarına əsasən, ssenarilər 3-5 dəqiqəlik videoçarx üçün nəzərdə tutulmalı və "word" formatında təqdim olunmalıdır. Ssenarilər Azərbaycan, rus və ingilis dillərində ola bilər. Təqdim olunan ssenarilər ancaq bu müsabiqə üçün hazırlanmalıdır. Bir müəllif müsabiqəyə bir ssenari təqdim edə bilər. Müsabiqəyə sənəd təqdim etmək üçün yaş həddi yoxdur. Plagiat olduğu müəyyən olunan ssenarilər müsabiqədən kənarlaşdırılacaq.

Müsabiqənin münsiflər heyəti təqdim olunacaq ssenarilər arasından ən yaxşı 3 ssenarini seçəcək. İlk üç yerin sahibi olan ssenarilər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Birinci yerə layiq görülən ssenari əsasında həmçinin IDEA və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə sosial videoçarx hazırlanacaq.

Müsabiqədə iştirak etmək istəyən hər bir şəxs müəllifi olduğu ssenarini 15 iyul 2014-cü il tarixindən 15 sentyabr 2014-cü il tarixinədək "Mənim eko hekayəm" başlığı altında [email protected] elektron poçt ünvanına göndərə bilər.

Ssenari ilə yanaşı müəlliflər özləri barədə sərbəst mətndə məlumat təqdim etməlidirlər. Məlumatda müəllifin adı, soyadı, atasının adı və əlaqə vasitələri göstərilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti