...

Ədliyyə naziri Penitensiar xidmətdə bəzi kadr dəyişiklikləri edib

Cəmiyyət Materials 12 İyul 2014 13:38 (UTC +04:00)
Azərbaycanda bir sıra cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarına yeni rəis və rəis müavinləri təyin olunub.
Ədliyyə naziri Penitensiar xidmətdə bəzi kadr dəyişiklikləri edib

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda bir sıra cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarına yeni rəis və rəis müavinləri təyin olunub.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ədliyyə naziri, birinci dərəcəli dövlət ədliyyə müşaviri cənab Fikrət Məmmədov iyulun 11-də Ədliyyə Nazirliyi Penitensiar xidmətinin bir sıra əməkdaşlarını qəbul edərək, onların müvafiq rəhbər vəzifələrə təyin olunmaları barədə əmr imzalayıb.

Ədliyyə polkovnik-leytenantı Məmmədov Rauf Nəsrulla oğlu 12 saylı cəzaçəkmə müəssisəsinin, ədliyyə polkovnik-leytenantı Şirinov Vəli Güləli oğlu 15 saylı cəzaçəkmə müəssissəsinin, ədliyyə mayoru Elnur Nazim oğlu İsmayılov 3 saylı İstintaq təcridxanasının rəisləri vəzifəsinə, ədliyyə mayoru Əliyev Cəlil Misir oğlu 17 saylı cəzaçəkmə müəssisəsinin, ədliyyə polkovnik-leytenantı Aslanov Qaçay Əvəz oğlu 12 saylı cəzaçəkmə müəssisəsinin rəis müavinləri vəzifələrinə təyin olunmuşlar. Ədliyyə mayoru Novruzov Vüqar Əlihüseyn oğlu isə Şəki Penitensiar müəssisəsinin Mühafizə taborunun komandiri təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti