...

Sabahdan Azərbaycanda yağıntılar tədricən kəsiləcək, iyulun 16-dan isə temperaturlar yüksəlməyə başlayacaq (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 14 İyul 2014 10:45 (UTC +04:00)
Sabah gündüzdən başlayaraq, Azərbaycanda yağıntıların tədricən kəsiləcəyi, sonrakı günlərdə isə temperaturun tədricən yüksələcəyi gözlənilir.
Sabahdan Azərbaycanda yağıntılar tədricən kəsiləcək, iyulun 16-dan isə temperaturlar yüksəlməyə başlayacaq (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Sabah gündüzdən başlayaraq, Azərbaycanda yağıntıların tədricən kəsiləcəyi, sonrakı günlərdə isə temperaturun tədricən yüksələcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, ötən günlərlə müqayisədə sərin hava şəraiti əsasən, bu gün müşahidə olunacaq. Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Hava küləkli olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında bu gün gündüz saatlarında havanın temperaturu 28 dərəcəyədək isti olacaq.

Azərbaycanın rayonlarında da bu gün bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda lokal leysan xarakterli, intensiv olacağı gözlənilir.

Aran rayonlarında havanın temperaturu gündüz 30-35, dağlarda 19-24 dərəcə isti olacaq.

Asif Verdiyev Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında iyulun 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 20-24, gündüz 29-34 dərəcə isti olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 24-25, Türkan, Hövsan, Şıx, Sahildə 25-26 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 15-də havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacaq.

A.Verdiyev bildirib ki, ölkə ərazisində bu gün qeydə alınan temperatur iqlim normasına yaxındır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti