...

Azərbaycandakı diplomatik nümayəndəlik əməkdaşlarının vəsiqələrinin nümunəsi təsdiqlənib (FOTO)

Cəmiyyət Materials 18 İyul 2014 16:37 (UTC +04:00)
Azərbaycan hökuməti ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəlik əməkdaşlarının vəsiqələrinin nümunəsini təsdiqləyib.
Azərbaycandakı diplomatik nümayəndəlik əməkdaşlarının vəsiqələrinin nümunəsi təsdiqlənib (FOTO)

Azərbaycan, Bakı, 18 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan hökuməti ölkədə fəaliyyət göstərən diplomatik nümayəndəlik əməkdaşlarının vəsiqələrinin nümunəsini təsdiqləyib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəlik və konsulluqlarının, habelə beynəlxalq təşkilatların nümayəndəliklərinin əməkdaşlarının, inzibati-texniki xidmət heyətinə daxil olan şəxslərin və onların ailə üzvlərinin vəsiqələrinin nümunələri təsdiq edilib.

Bununla yanaşı, Azərbaycana diplomatik missiya ilə və ya Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda xüsusi missiya ilə səfər edən əcnəbilərin (səfərlərinin məqsədindən və ya mənsub olduqları heyətdən asılı olaraq) qeydiyyata alınması haqqında vəsiqələrin nümunələri təsdiqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti