...

“Köhnə Bakı – Yeni Bakı: təzadlar və perspektivlər əhalinin həyat və fəaliyyətinin təhlükəsizliyi müstəvisində” mövzusunda seminar keçirilib

Cəmiyyət Materials 19 İyul 2014 11:44 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzində “Köhnə Bakı – Yeni Bakı: təzadlar və perspektivlər əhalinin həyat və fəaliyyətinin təhlükəsizliyi müstəvisində” mövzusunda elmi-nəzəri seminar keçirilmişdir.
“Köhnə Bakı – Yeni Bakı: təzadlar və perspektivlər əhalinin həyat və fəaliyyətinin təhlükəsizliyi müstəvisində” mövzusunda seminar keçirilib

Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzində "Köhnə Bakı - Yeni Bakı: təzadlar və perspektivlər əhalinin həyat və fəaliyyətinin təhlükəsizliyi müstəvisində" mövzusunda elmi-nəzəri seminar keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, seminarı giriş sözü ilə açan FHN Bakı Regional Mərkəzi rəisinin müavini Tale Şamçıyev qeyd edib ki, son illərdə Bakıda baş verən yeni dəyişikliklər hamımızı sevindirir və bu dəyişikliklərlə bağlı təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi fövqəladə hallar orqanlarının diqqət mərkəzində saxlanılır.

Sonra tədbir iştirakçılarının nəzərinə çatdırılmış qısa təqdimatda miqyaslı tikintilər, tıxaclar, ictimai nəqliyyat, yeraltı kommunikasiyalar, sığınacaq və daldalanacaqlar, lift təsərrüfatı, sürücü və piyada mədəniyyəti, şəhərin ekologiyası, alternativ enerjidən istifadə, fiziki imkanları məhdud vətəndaşlarla bağlı olan bütün problemlər öz əksini tapmışdır.

Daha sonra Bakı Dövlət Layihə İnstitunun direktoru, əməkdar memar İlqar İsbatov "Böyük Bakının regional inkişaf planı", "Ağ şəhər" layihəsinin inkişaf rəhbəri Fuad Verdiyev isə "Ağ şəhərsalma" layihəsinin təqdimatlarını nümayiş etdirmiş, Bakı Şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin sektor müdiri Tofiq Həsənov "Bakı şəhərində mövcud ekoloji vəziyyət - problemlər, istifadə olunmamış imkanlar, perspektivlər", Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov "Köhnə bulvar - Yeni bulvar: köhnə problemlər - yeni problemlər", Tikilən Bakı Metropoliteni Müdiriyyətinin Texniki-İstehsalat şöbəsinin rəisi Avtandil Bayramov isə "Bakı Metropoliteninin konseptual inkişaf planı əhalinin təhlükəsizliyinin təmin olunmasında mühüm faktorlardan biri kimi" mövzularında çıxışlar etmişlər.

Seminarda çıxış edən "Azərsu" ASC, Bakı şəhər Baş Polis İdarəsi və Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin nümayəndələri qaldırılmış problemlərin həlli üçün təkliflər irəli sürmüşlər.

İşgüzar şəraitdə keçən seminarda FHN Aparatı və qurumlarının, Bakı şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, AMEA İncəsənət və Memarlıq İnstitutunun, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin, Bakı şəhəri üzrə Təhsil və Baş Səhiyyə İdarələrinin, "Azəriqaz" İstehsalat birliyinin, "BakıElektrik şəbəkə" ASC-nin, Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin, "Azəryolservis" ASC-nin, "Təmiz Şəhər" ASC-nin , FHN Bakı Regional Mərkəzinin nümayəndələri iştirak etmişlər.

Tədbirdə səsləndirilmiş bütün çıxışların audioyazısı aparılmış, mətnlər və irəli sürülmüş təkliflər təhlil edildikdən sonra seminarın İşçi Qrupu tərəfindən tövsiyələr hazırlanıb müvafiq instansiyalara təqdim edilməsi qərara alınmışdır .

Məqalədə:
Xəbər lenti

Xəbər lenti