...

Həftənin ilk iş günü Azərbaycanda hava əsasən yağmursuz keçəcək

Cəmiyyət Materials 20 İyul 2014 14:43 (UTC +04:00)
Həftənin ilk iş günü Azərbaycanda hava dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcək.
Həftənin ilk iş günü Azərbaycanda hava əsasən yağmursuz keçəcək

Azərbaycan, Bakı, 20 iyul /Trend /

Həftənin ilk iş günü Azərbaycanda hava dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, iyulun 21-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Abşeron yarımadasında temperatur gecə 20-25 dərəcə isti, gündüz 29-34 dərəcə isti, Bakıda gecə 23-25 dərəcə isti, gündüz 31-33 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Havanın temperaturu gecə 18-23 dərəcə isti, gündüz 29-34 dərəcə isti olacaq.

Aran rayonlarında iyulun 21-də havanın əsasən yağmursuz olacağı, temperaturun gecə 20-25 dərəcə isti, gündüz 31-36 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti