...

Təhsil Nazirliyi Heydər Əliyev Mərkəzi ilə birgə tədbir keçirib

Cəmiyyət Materials 21 İyul 2014 15:49 (UTC +04:00)
İyulun 21-də Təhsil Nazirliyi Heydər Əliyev Mərkəzi ilə birgə 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirib.
Təhsil Nazirliyi Heydər Əliyev Mərkəzi ilə birgə tədbir keçirib

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

İyulun 21-də Təhsil Nazirliyi Heydər Əliyev Mərkəzi ilə birgə 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş tədbir keçirib.

Trend xəbər verir ki, tədbir çərçivəsində KİV nümayəndələri Heydər Əliyev Mərkəzində hazırda fəaliyyət göstərən sərgiləri və Heydər Əliyev Muzeyini ziyarət ediblər. Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzey ilə başlanan tanışlıq "Azərbaycan inciləri: tarixin axarında", "Bakıya uçuş: müasir Azərbaycan incəsənəti", Adrian Steirnin "Afrikanın vəhşi təbiəti", Toni Kreqqin və Anri Kartye-Bressonun "Paris" sərgilərinə baxışla davam etdirilib. Jurnalistlər burada nümayiş olunan əsərləri, eksponatları böyük maraqla izləyiblər.

Tədbirdə KİV nümayəndələrinə 22 iyul - jurnalistlərin peşə bayramı münasibətilə Təhsil Nazirliyinin və Heydər Əliyev Mərkəzinin hədiyyələri təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti