...

ABŞ-Azərbaycan Jurnalistika Akademiyasının məzunlarının buraxılış gecəsi keçirilib

Cəmiyyət Materials 22 İyul 2014 19:34 (UTC +04:00)
Bu gün Çingiz Mustafayev Fondu və ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən ortaq layihə kimi yaradılmış ABŞ-Azərbaycan Jurnalistika Akademiyasının məzunlarının buraxılış gecəsi keçirilib.
ABŞ-Azərbaycan Jurnalistika Akademiyasının məzunlarının buraxılış gecəsi keçirilib

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir Səbinə Əhmədova/

Bu gün Çingiz Mustafayev Fondu və ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən ortaq layihə kimi yaradılmış ABŞ-Azərbaycan Jurnalistika Akademiyasının məzunlarının buraxılış gecəsi keçirilib.

Trend-in məlumatına görə, buraxılış gecəsində çıxış ANS Şirkətlər Qrupunun Prezidenti Vahid Mustafayev məzunları təbrik edərək bildirib: "Azərbaycanın çiçəklənməsində, demokratik islahatlarda, ölkənin müstəqilliyində, onun azad sözünün inkişafında gərək həmişə ön sıralarda olasınız. Bacarığınızdan, biliyinizdən və hətta yeri gəlsə canınızdan keçməyi belə bacarmalısınız".

Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar sözünə istedadlı jurnalist Çingiz Mustafayevin xatirəsini yad edərək başlayıb. Səfir bildirib ki, Çingiz Mustafayev istedadlı jurnalist və istər Azərbaycanda istərsə də dünyadakı jurnalistlər üçün nümunədir.

Səfir akademiyanın məzunlarını tədris kursunu bitirmələri münasibəti
ilə təbrik edərək, onlara fəaliyyətlərində uğurlar arzu edib: "Ümidvaram ki, mürəkkəb hadisələri təhlil etməyə sadiq olacaq və bugünkü dolaşıq və çaşdırıcı dünyamızda auditoriyanın daha yaxşı anlamalı olduğu faktları onlara təqdim edəcəksiniz".

Səfirin sözlərinə görə, azad və müstəqil media hər bir cəmiyyətdə önəmli rol oynayır.

Sonda məzunlara sertifikatlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti