...

Azərbaycanda jurnalistlərin fərdi yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb (FOTO)

Cəmiyyət Materials 22 İyul 2014 22:06 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Milli Mətbuatımızın 139-cu ildönümü ilə əlaqədar jurnalistlərin fərdi yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Azərbaycanda jurnalistlərin fərdi yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb (FOTO)

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Milli Mətbuatımızın 139-cu ildönümü ilə əlaqədar jurnalistlərin fərdi yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Azərbaycan Prezidenti Adminstrasiyası rəhbərinin müavini Novruz Məmmədov, millət vəkilləri, mətbuat orqanlarının rəhbərləri, dövlət orqanlarının mətbuat xidmətlərinin rəhbərləri və digər qonaqlar iştirak edib.

Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Milli Mətbuatın 139-ci ildönümü ilə əlaqədar keçirilən jurnalistlərin fərdi yazı müsabiqəsinin nəticələri barədə məlumat verib.

V.Səfərli diqqətə çatdırıb ki, müsabiqəyə 66 KİV nümayəndəsi tərəfindən 10 mövzu 30 istiqamət üzrə 116 yazı təqdim olunub. Müsabiqəyə qatılan jurnalistlərdən 30 nəfəri qalib elan olunub, 10 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.

Sonra qaliblər mükafatlandırılıb. Daha sonra Azərbaycan jurnalistikasının inkişafında xidmətləri olan şəxslər Ali Media mükafatına layiq görülüblər.

Tədbirdə iştirak edən Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini İltimas Məmmədov bildirib ki, Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovun əmri ilə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli və Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov "Fəxri Fərman"la təltif olunub.

Mərasimdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, Azərbaycan mətbuatının əsasını qoyduğu "Əkinçi" qəzeti Azərbaycan xalqının inkişafında, siyasi intibahının inkişafında mühüm rol oynayıb:

"Həmin dövrdən sonra təşəkkül tapan qəzetlər Azərbaycanda milli şüurun oyanmasında mühüm rol oynadılar. Azərbaycan iqtisadi baxımdan gücləndikcə mediaya dövlət qayğısı artmağa başladı. Hazırda dövlət tərəfindən bu istiqamətdə mühüm işlər görülür".

Mərasimə bədii hissə ilə yekun vurulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti