...

Sinoptiklər sabaha nə vəd edirlər?

Cəmiyyət Materials 23 İyul 2014 13:01 (UTC +04:00)
Sabah Bakıda havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.
Sinoptiklər sabaha nə vəd edirlər?

Azərbaycan, Bakı, 23 iyul /Trend, müxbir Səbinə Əhmədova/

Sabah Bakıda havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, iyulun 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 20-25, gündüz 31-36 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında iyulun 24-də hava əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq, cənub küləyi əsəcək. Dağlıq rayonlarda arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti