...

AFFA və KİVDF fərdi jurnalist yazıları müsabiqəsi elan ediblər

Cəmiyyət Materials 23 İyul 2014 17:06 (UTC +04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) fərdi jurnalist yazıları müsabiqəsi elan ediblər.
AFFA və KİVDF fərdi jurnalist yazıları müsabiqəsi elan ediblər

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) fərdi jurnalist yazıları müsabiqəsi elan ediblər.

Fonddan Trend-ə verilən məlumata görə, müsabiqənin məqsədi "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, ölkəmizdə beynəlxalq turnirlərin keçirilməsi prosesinin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdır.

Müsabiqənin mövzusu "AVRO 2020: Bakının təşkilatçılığının ölkəmiz üçün əhəmiyyəti" adlanır.

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal, informasiya agentlikləri) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalıdır. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır. Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı" ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.

Qəzetdə dərc olunmuş yazıda "Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.

Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır.

Fonda təqdim edilmiş yazılar və sənədlər geri qaytarılmır. Yazıların qəbulu 23 iyul 2014-cü il tarixində başlayır, 22 sentyabr 2014-cü il tarixdə başa çatır.

Yazılar rəsmi iş günləri saat 10:00-dan 16:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna şəxsən təqdim olunmalıdır.

Müsabiqədə I yer üçün bir, II yer üçün iki, III yer üçün üç yazı qaliblərinin mükafatlandırılması nəzərdə tutulub:

I yer - 1 000 manat
II yer - 800 manat
III yer - 600 manat

Bundan əlavə, 5 yazı müəllifinə həvəsləndirici mükafat (200 AZN) veriləcək.

Qaliblər, həmçinin AFFA və KİVDF-nin xüsusi diplomu ilə təltif olunacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti