...

Azərbaycan insan inkişafı indeksinə görə 6 pillə irəliləyib

Cəmiyyət Materials 24 İyul 2014 11:07 (UTC +04:00)
BMT-nin ekspertləri tərəfindən hazırlanmış "İnsan inkişafı hesabatı 2014"-də Azərbaycan insan inkişafı indeksinə görə 187 ölkə arasında 76-cı yeri tutub.
Azərbaycan insan inkişafı indeksinə görə 6 pillə irəliləyib

Azərbaycan, Bakı, 24 iyul /Trend, müxbirlər İlhamə İsabalayeva, Səbinə Əhmədova/

BMT-nin ekspertləri tərəfindən hazırlanmış "İnsan inkişafı hesabatı 2014"-də Azərbaycan insan inkişafı indeksinə görə 187 ölkə arasında 76-cı yeri tutub.

Trend-in BMT İnkişaf Proqramının saytına istinadən verdiyi məlumata görə, dünya ölkələrində insan yaşayışı səviyyəsinin qiymətləndirilməsi baxımından aparıcı beynəlxalq meyar hesab edilən insan inkişafı indeksi müəyyənləşdirilərkən insanların orta ömür uzunluğu, savadlılıq dərəcəsi, səhiyyə, təhsil almaq imkanı, adambaşına düşən ÜDM və digər amillər nəzərə alınır.

Hesabatda ümumilikdə 187 dövlət arasında ilk beş yeri Norveç, Avstraliya, İsveçrə, Niderland və ABŞ tutub. Bu sıralama 2013-cü ildəki vəziyyət nəzərə alınmaqla müəyyənləşdirilib.

BMT-nin hesabatında Azərbaycan 76-cı yerdə qərarlaşıb. Sənədə görə, ölkəmizdə orta ömür uzunluğu 70,8 il təşkil edir.

Hesabatda Azərbaycanda adambaşına düşən ümumi daxili məhsulun 15,725 dollar təşkil etdiyi bildirilir.

Qeyd edək ki, BMT-nin "İnsan inkişafı hesabatı 2013"-də isə Azərbaycan insan inkişafı indeksinə görə 82-ci yerdə qərarlaşmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti