...

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Cəmiyyət Materials 25 İyul 2014 10:33 (UTC +04:00)
Azərbaycanın bir neçə rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.
Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanın bir neçə rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, qaz nəqli sistemində və qaz şəbəkəsində təmir işlərinin aparılması, qaz xəttinin mənbəyə birləşdirilməsi və ölçü qovşağının quraşdırılması ilə əlaqədar bu gün saat 11:00-dan 15:00-dək Nərimanov rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Bununla yanaşı, saat 12:00-dan 16:00-dək Yasamal, saat 16:00-dək Hacıqabul, saat 18:00-dək Göygöl və Sabunçu, işlər başa çatanadək isə Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti