...

Türkiyədə tütün məmulatlarının istifadəsinə yeni qadağalar tətbiq olunur

Cəmiyyət Materials 25 İyul 2014 16:28 (UTC +04:00)
Türkiyədə 2015-ci ilin yanvar ayından tütün məmulatlarının istifadəsinə yeni qadağalar qüvvəyə minəcək.
Türkiyədə tütün məmulatlarının istifadəsinə yeni qadağalar tətbiq olunur

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyədə 2015-ci ilin yanvar ayından tütün məmulatlarının istifadəsinə yeni qadağalar qüvvəyə minəcək. Bu barədə Trend "Haber7" telekanalına istinadən məlumat verir.

Məlumata əsasən, bu ilin oktyabrında ölkə parlamenti tütün məmulatlarına dair yeni qanun layihəsinə baxacaq.

O da qeyd olunur ki, tütün məmulatlarına yeni qadağalar siqaretə qarşı mübarizəyə dair dövlət proqramı çərçivəsində tətbiq ediləcək.

Telekanalın məlumatına görə, 2015-ci ilin yanvarından bütün tütün məmulatları az diqqət cəlb etmək üçün qara rəngdə qablaşdırılacaq, tütün məmulatlarının markaları isə kodlaşdırılacaq.

Bundan başqa, 2015-ci ilin yanvarından parklar, restoranların həyətləri kimi açıq yerlərdə siqaret çəkmək qadağan ediləcək.

Qeyd edək ki, Türkiyədə 2008-ci ildən ictimai yerlərdə siqaret çəkmək qadağan edilib. İctimai yerlərdə və qapalı binalarda siqaret çəkməyə görə cərimə 88 lirə təşkil edir.

Statistik məlumatlara görə, Türkiyədə hər gün tütün məmulatlarının alışına 45 milyon 205 min lirə xərclənir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti