...

"Azəryolservis" ASC avtomobil yolları, prospekt və küçələrdə təmizlik işləri görür (FOTO)

Cəmiyyət Materials 25 İyul 2014 17:51 (UTC +04:00)
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC xidmət etdiyi avtomobil yolları, prospekt və küçələrdə mütəmadi olaraq təmizlik işlərini yerinə yetirir.
"Azəryolservis" ASC avtomobil yolları, prospekt və küçələrdə təmizlik işləri görür (FOTO)

Azərbaycan, Bakı, 25 iyul /Trend/

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC xidmət etdiyi avtomobil yolları, prospekt və küçələrdə mütəmadi olaraq təmizlik işlərini yerinə yetirir.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Cəmiyyətin balansında olan hər bir istismar idarəsi xidmət etdiyi əraziyə baxış keçirərək çirkli olan hissələrdə bu işlərə başlayır. 10 t sugötürmə qabiliyyətinə malik olan xüsusi maşınların köməyi ilə yolötürücüləri, yol işarələri, lövhələr, bardürlər, işıq dirəkləri, əyrixətli tirlər və digər yol elementləri yuyularaq təmizlənir. Əvvəlcə xüsusi maddə ilə yuyucu tozu qarışdırılaraq çirklənən hissələrə səpilir, bundan sonra təzyiqlə verilən su ilə yuyulur.

Bundan əlavə, tozsoran və süpürən maşınlar vasitəsilə zir-zibil, toz-torpaq yolun hərəkət hissəsindən kənarlaşdırılır. İşlər, əsasən, gecə və səhər saatlarında, nəqliyyatın hərəkətinin daha az olduğu vaxtlarda yerinə yetirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti