...

Azərbaycan yol polisi avtomobillərə texniki baxışı bayram günlərində də keçirəcək

Cəmiyyət Materials 26 İyul 2014 12:42 (UTC +04:00)
Azərbaycanda xarici istehsallı avtomobillərə və MDB ölkələrində onların bazasında buraxılan modellərə texniki baxış Ramazan bayramında da keçiriləcək.
Azərbaycan yol polisi avtomobillərə texniki baxışı bayram günlərində də keçirəcək

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda xarici istehsallı avtomobillərə və MDB ölkələrində onların bazasında buraxılan modellərə texniki baxış Ramazan bayramında da keçiriləcək. Bunu şənbə günü Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Ramazan bayramı ilə əlaqədar iyulun 28-i və 29-u Azərbaycanda qeyri-iş günü elan edilib.

Azərbaycanda avqustun 1-də xarici istehsallı avtomobillərin və MDB ölkələrində onların bazasında buraxılan modellərin texniki baxışdan keçmə müddəti başa çatır.

K.Əliyevin sözlərinə görə, teхniki bахışı avtomobil nəqliyyat vasitəsinin qeydiyyаt yerindən asılı olmayaraq Bаş Dövlət Yol Polis İdаrəsinin Bakı şəhəri, Sаbunçu rаyonu, Maştağa qəsəbəsində yerləşən mərkəzində və ya respublikаnın digər rаyonlаrındаkı regional şöbələrində keçirmək mümkündür. O, qeyd edib ki, mərkəz bazar günü də saat 18:00-dək işləyəcək.

Nəqliyyat vasitələrinin markaları nəzərə alınmaqla texniki baxış müddəti aşağıdakı kimi müəyyən edilib:

- "VAZ", "QAZ", "Moskviç", "ZAZ", "UAZ" markalı və digər MDB istehsalı olan minik avtomobilləri üçün: 01 yanvardan 01 maya qədər;

- Xarici dövlətlərdə və onların baza modelləri əsasında MDB-də istehsal olunan minik avtomobilləri üçün: 01 maydan 01 avqusta qədər;

- Yük avtomobilləri və avtobuslar üçün: 01 sentyabrdan 31 oktyabra qədər.

Texniki baxışdan keçməməyə görə inzibati cərimə fiziki şəxslər üçün 50 manat, vəzifəli şəxslər üçün 100 manat, hüquqi şəxslər üçün isə 300 manatdır. Əgər sürücü cərimələnibsə, o, 10 gün ərzində avtomobili texniki baxışdan keçirməlidir və bu müddət ərzində onu təkrar cərimələyə bilməzlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti