...

Azərbaycan Gənclər və İdman Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunur (FOTO)

Cəmiyyət Materials 26 İyul 2014 12:45 (UTC +04:00)
Bu gün Azərbaycan Gənclər və İdman Nazirliyinin əməkdaşları bu qurumun yaranmasının 20 illiyi münasibətilə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.
Azərbaycan Gənclər və İdman Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunur (FOTO)

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Bu gün Azərbaycan Gənclər və İdman Nazirliyinin əməkdaşları bu qurumun yaranmasının 20 illiyi münasibətilə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin və Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.

Trend-in məlumatına görə, ziyarətdən sonra jurnalistlərə açıqlama verən gənclər və idman nazirinin müavini İntiqam Babayev bu günün onlar üçün çox əhəmiyyətli və dəyərli olduğunu bildirib.

Gənclər və İdman Nazirliyinin 20 il əvvəl Heydər Əliyevin fərmanı ilə yaradıldığını bildirən nazir müavini qeyd edib ki, Azərbaycanda gənclərə yönəlmiş xüsusi dövlət siyasəti həyata keçirilir.

Azərbaycan əhalisinin payında gənclərin xüsusi çoxluq təşkil etdiyini deyən İ.Babayev bildirib ki, bu gün artıq Azərbaycanda dövlətin müstəqillik yaşı qədər yaşı olan xüsusi gənc nəsil yetişib.

Nazir müavini indiyə qədər nazirlik tərəfindən 1000-dən çox layihənin həyata keçirildiyini xüsusi vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti