...

İsti havalarda dəriyə necə qulluq etməli?

Cəmiyyət Materials 26 İyul 2014 17:40 (UTC +04:00)
Dəri ilin bütün fəsillərində qulluq tələb etsə də, yay aylarında bu tələbat daha da artır. Günəşin yandırıcı təsiri dəridə, xüsusilə də üzdə müxtəlif ləkələr əmələ gətirə bilər.
İsti havalarda dəriyə necə qulluq etməli?

Azərbaycan, Bakı, 26 iyul /Trend/

Dəri ilin bütün fəsillərində qulluq tələb etsə də, yay aylarında bu tələbat daha da artır. Günəşin yandırıcı təsiri dəridə, xüsusilə də üzdə müxtəlif ləkələr əmələ gətirə bilər. Bu hal isti havalarda kosmetik vasitələrdən düzgün istifadə etmədikdə daha sıx yaşanır. Bəs bu cür problemlə üzləşməmək üçün nə etmək lazımdır? Mütəxəsislər bu barədə nə deyir?

Müşahidələr göstərir ki, əksər xanımlar yay aylarından kosmetik vasitələrin istifadəsini minimuma endirir və ya heç istifadə etmirlər. Zərif cinsin nümayəndələri bunu müxtəlif fikirlərlə əsaslandırırlar.

Mütəxəsislərin fikrincə, günəşli havalarda kosmetik vasitələrdən ümumiyyətlə istifadə etməmək dəriyə xeyirdən çox ziyan vura bilər. Lakin müəyyən nüanslara diqqət etmək şərti ilə.

Həkim-dermotoloq Tünzalə Allahverdiyeva bildirib: "Amma heç istifadə etməmək də düzgün deyil. İstifadə etmək olar... Bir şərtlə ki, tonal kremin tərkibində "sbf" faktoru olsun və mütləqdir ki, gecə yatmazdan əvvəl dəri kosmetikadan təmizlənsin ki, gecə saatlarında dincəlmiş olsun".

Tonal kremdən istifadə etməyən xanımlarsa günəşli havalarda çölə çıxmazdan əvvəl mütləq qoruyucu krem vurmalı və özlərini zərərli Günəş şüalarının təsirindən sığortalamalıdır. Bununla yanaşı, isti günəşli havalarda daha çox açıq rəngli göz kölgələrinə, dodaq boyalarına üstünlük verilməlidir. Bunun əksi olaraq, tonal krem normal istifadə olunan rəngin bir ton tündü olmalıdır ki, buna da səbəb yay aylarında dərinin rənginin dəyişməsi, yəni tündləşməsidir.

Günəşli havanın təsiri ilə dəri həssaslaşdığından ona istənilən müdaxilə müəyyən fəsadlar yarada bilər. Bu səbəbdən də yay aylarında lazer epilyasiyası etdirilməsi düzgün hesab olunmur.

Lakin T.Allahverdiyeva qeyd edir ki, müəyyən şərtlərə əməl etməklə günəşli havalarda da lazer epilyasiyası etdirmək mümkündür: "Lazer epilyasiyası Günəş şüasından qorunmalıdır. Epilyasiya edən xanımlarımız qarşılarına məqsəd qoymalıdırlar ki, lazer epilyasiyası olunan gün mən vaxtımı sadəcə özümə ayıracağam. Epilyasiyadan sonra ancaq evə getməliyəm, lazer epilyasiyası etdirib çölə çıxmaq olmaz. Üzə ləkə düşə bilər. Üzdə problem ola bilər".

Dəri həssaslığı ilə seçilən bir orqandır. Qıcıqlanmaması, daim təravətli qalması üçün ona müntəzəm qulluq edilməli, keyfiyyətli və istifadə müddəti bitməyən kosmetik vasitələrdən istifadə olunmalıdır. İstifadə olunan kosmetik vasitələrin sərin və qaranlıq şəraitdə saxlanılması məsləhətlidir.

Kəpəz TV

Məqalədə:
Xəbər lenti

Xəbər lenti