...

Bayramın ilk günü hava yağmursuz olacaq

Cəmiyyət Materials 27 İyul 2014 14:50 (UTC +04:00)
Ramazan bayramının ilk günündə Azərbaycanda hava əsasən yağmursuz keçəcək.
Bayramın ilk günü hava yağmursuz olacaq

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Ramazan bayramının ilk günündə Azərbaycanda hava əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, iyulun 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Temperaturun gecə 20-25° isti, gündüz 27-32° olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 23-24° isti, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 24-25° isti, Türkan, Hövsan, Şıx, Sahildə isə 25-26° isti olacaq.

Azərbaycan rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.

Havanın temperaturunun gecə 18-23° isti, gündüz 31-36° isti olacağı, dağlarda gecə 15-20° isti, gündüz 23-28° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti