...

Sinoptiklər sabaha nə vəd edirlər?

Cəmiyyət Materials 28 İyul 2014 12:49 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, iyulun 29-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Sinoptiklər sabaha nə vəd edirlər?

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir İlkin İzzət/

Sabah Azərbaycanda hava əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, iyulun 29-da Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 21-24, gündüz 29-34 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında sabah əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 19-24, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti