...

Orxan Zeynalova 17 il həbs cəzası verildi

Cəmiyyət Materials 28 İyul 2014 16:38 (UTC +04:00)
Moskva şəhər məhkəməsi paytaxt sakini Yeqor Şerbakovun qətlində ittiham olunan Orxan Zeynalovu 17 il həbs cəzasına məhkum edib.
Orxan Zeynalova 17 il həbs cəzası verildi

Azərbaycan, Bakı, 28 iyul /Trend/

Moskva şəhər məhkəməsi paytaxt sakini Yeqor Şerbakovun qətlində ittiham olunan Orxan Zeynalovu 17 il həbs cəzasına məhkum edib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, məhkəmə O.Zeynalovu "adam öldürmə" maddəsi ilə təqsirkar sayıb.

Prokurorun fikrincə, müqəssir ölən şəxsin atasına 5 milyon rubl da ödələməlidir.

Xatırladaq ki, Moskvanın Qərbi Biryulevo rayonunda ötən il oktyabrın 10-da 25 yaşlı Y.Şerbakovun qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olmuşdu. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçi rayondakı "Biryuza" ticarət mərkəzi və "Pokrov" meyvə-tərəvəz bazarına hücum edərək, ticarət mərkəzində və bazarda çalışan Qafqaz və Orta Asiyadan olan miqrantları döymüşdülər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri də yeridilmişdi. İğtişaş nəticəsində xeyli sayda miqrant və yerli sakin xəsarət almışdı.

Hadisə baş verən gündən sonra Moskvada hərəsindən biri olmaqla Azərbaycan və Özbəkistan vətəndaşları xüsusi amansızlıqla qətlə yetirilmişdi. Həmçinin, O.Zeynalovun tutulması zamanı ona qarşı işgəncə faktlarının yer aldığı görüntülər yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti