...

Bakı yol polisi ötən həftə sürücü və piyadalar barəsində 17 mindən çox inzibati protokol tərtib edib

Cəmiyyət Materials 30 İyul 2014 16:27 (UTC +04:00)
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları təhlükəsizlik məqsədi ilə ötən həftə, yəni iyulun 19-dan 26-dək keçirililən tədbirlər zamanı sürücü və piyadalar tərəfindən yol verilən müxtəlif qanun pozuntularına görə 17 min 496 inzibati protokol tərtib edib.
Bakı yol polisi ötən həftə sürücü və piyadalar barəsində 17 mindən çox inzibati protokol tərtib edib

Azərbaycan, Bakı, 30 iyul /Trend, müxbir İlkin İzzət/

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları təhlükəsizlik məqsədi ilə ötən həftə, yəni iyulun 19-dan 26-dək keçirililən tədbirlər zamanı sürücü və piyadalar tərəfindən yol verilən müxtəlif qanun pozuntularına görə 17 min 496 inzibati protokol tərtib edib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə məlumat verib.

Bölmə rəisinin sözlərinə görə, onlardan qəza şəraiti yaradan 119, polisin qanuni tələblərini yerinə yetirməyən 145, işıqforun qırmızı işığında keçən 314, sürət həddini aşan 65, dövlət nömrə nişanı olmadan avtomobili idarə edən 17, ötmə, manevretmə və yolayrıcını keçmə qaydalarını pozan 4013, müvafiq sənədlər olmadan nəqliyyat vasitəsini idarə edən 82, avtoxuliqanlıq edən 4 sürücü, eləcə də yol hərəkəti qaydalarını pozan 3178 piyada barəsində protokol tərtib olunaraq inzibati məsuliyyətə cəlb ediliblər: "Maraqlısı ondadır ki, müqəddəs Ramazan ayı olmasına baxmayaraq, tərəfimizdən spirtli içki qəbul edərək sükan arxasında oturaraq avtomobili idarə edən 115 sürücü aşkar olunub və barələrində müvafiq cəza tədbiri görülüb".

Qeyd edək ki, iyulun 19-dan 26-na kimi Bakıda 23 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 7 nəfər ölüb, 38 nəfər xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti