...

Gələnlər sevinclərini paylaşıblar (FOTO)

Cəmiyyət Materials 31 İyul 2014 16:37 (UTC +04:00)
Ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı, şəhər rəhbərliyinin yüksək təşkilatçılığı, yorulmaz fəaliyyəti sayəsində Gəncədə qazanılan uğurlar fonunda şəhər sakinlərinin problemləri də müvəffəqiyyətlə həll olunur, onların şəhər İcra Hakimiyyətinə ünvanladıqları müraciətlər diqqətlə araşdırılır, vətəndaşların haqlı tələblərinin yerinə yetirilməsi üçün müvafiq təşkilatlar ardıcıl və mütəmadi iş aparırlar.

Hər bir vətəndaşın, ilk növbədə, imtiyazlı təbəqənin haqlı müraciətinin obyektiv araşdırılıb həll edilməsinə, şəhər həyatının ən müxtəlif sahələrində işin təkmilləşdirilməsinə, insanların yüksək həyat tərzinin, məşğulluğunun təmin olunmasına xüsusi önəm verilir. İnsanlar İcra Hakimiyyətinin rəhbərliyinin vətəndaşlarla keçirdiyi mütəmadi qəbullara, səyyar görüşlərə həm sevinclərini, həm də istəklərini bildirməyə gəlirlər. Bu qəbullarda artıq ciddi problemlər səslənmir. Adi məişət ehtiyacları, fərdi məsələlər müraciətlərdə əsas yer tutur.

30 iyul 2014-cü il tarixdə YAP Gəncə şəhər təşkilatının qərargahında Gəncə şəhər İcra Hakimiyyətinin vətəndaşlarla növbəti qəbulu keçirilib. Qəbulda İcra Hakimiyyəti başçısının müavinləri, müəssisə və idarə rəhbərləri, məsul şəxslər iştirak ediblər.

Öncə Gəncə şəhər İcra Hakimiyyəti başçısının I müavini Mikayıl Zeynalov tədbir iştirakçılarını Ramazan bayramı münasibətilə təbrik edib, onlara xoşbəxtlik, əmin-amanlıq, ruzi-bərəkət və işlərində uğurlar arzulayıb.

Qəbulda ən çox işlə, təmirə ehtiyacı olan evlər, məişət problemləri, sakinlər tərəfindən yeni tikilən evlərin kommunal problemləri ilə bağlı müraciətlər dinlənilib.

Arzu Hüseynova, Yavər Seyidova, Tapdıq İsgəndərov, Elçin Cəfərov, Tünzalə Zeynalabdinzadə, Zöhrab Kərimov və başqaları onlara edilən köməyə görə dərin minnətdarlıqlarını bildirməklə, şəhərimizin həyatında, inkişaf və tərəqqisində bundan sonra da fəal iştirak edəcəklərinə, şəhər rəhbərliyinə yaxından dəstək olacaqlarına söz veriblər.

Təranə Məmmədovanın, Vüqar Qarayevin, Səfər Yusifovun, Şöhrət Abbasovun, Qəmər Məmmədovanın, Həqiqət Abdullayevanın, Əzim Əsgərovun, Gülnarə Musayevanın və digərlərinin müraciətləri əsasında onlara kömək edilməsi üçün müvafiq təşkilatlara tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti