...

Avropa Təhsil və İnkişaf Fondunun rəhbəri Azərbaycanın xarici QHT-lərə göstərdiyi dəstəyi yüksək qiymətləndirir (FOTO)

Cəmiyyət Materials 31 İyul 2014 16:50 (UTC +04:00)
30-31 iyul 2014-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün maliyyə müsabiqəsinə uyğun olaraq Avropa Təhsil və İnkişaf Fondunun təşkilatçılığı ilə “Ölkələrarası körpülərin qurulması” layihəsi çərçivəsində Polşanın Poronin qəsəbəsində seminar keçirilib.
Avropa Təhsil və İnkişaf Fondunun rəhbəri Azərbaycanın xarici QHT-lərə göstərdiyi dəstəyi yüksək qiymətləndirir (FOTO)

Azərbaycan, Bakı, 31 iyul /Trend/

30-31 iyul 2014-cü il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün maliyyə müsabiqəsinə uyğun olaraq Avropa Təhsil və İnkişaf Fondunun təşkilatçılığı ilə "Ölkələrarası körpülərin qurulması" layihəsi çərçivəsində Polşanın Poronin qəsəbəsində seminar keçirilib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, layihənin məqsədi Avropada yaşayan müxtəlif xalqları təmsil edən, gələcəkdə yaşadıqları ölkələrin idarəçiləri olacaq gəncləri bir araya gətirərək mədəniyyətlərarası dialoqun qurulmasını, onlar arasında əlaqələrin gücləndirilməsini, qarşılıqlı fikir və təcrübə mübadiləsini təmin etməkdir.

Seminarda Azərbaycan da daxil olmaqla Avropanın 8 ölkəsindən 60-a yaxın nüfuzlu ali məktəbdə təhsil alan, müxtəlif gənclər təşkilatlarının nümayəndələri olan gənclər iştirak ediblər.

Avropa Təhsil və İnkişaf Fondunun rəhbəri Tomaş Pjicodjen seminarda çıxış edərək bu cür tədbirləri gənclər üçün fərqli mədəniyyətləri öyrənmək və milli dəyərlərini digərləri ilə bölüşmək üçün gözəl imkan adlandırıb. 2 gün davam edən seminarda gənclər müxtəlif irq və millətlərin dilləri, milli adət-ənənələri, mədəni zənginlikləri ilə tanış olublar.

T.Pjiçodjen Azərbaycan Respublikasının xarici QHT-lərə göstərdiyi dəstəyi yüksək qiymətləndirdiyini bildirərək Şuranın fəaliyyətini beynəlxalq standartlara uyğun şəkildə qurduğunu vurğulayıb. QHT sədri keçirilən seminarın gənclər arasında əməkdaşlıq münasibətlərinin inkişafına, bir-birlərinin imkanlarından yararlanmasına, bilik və bacarıqlarının artırılmasına xidmət etdiyini deyib.

Seminarın sonunda mədəniyyət axşamı təşkil edilib və hər bir ölkənin nümayəndələri təqdimat keçiriblər. Toplantıda ölkəmizə həsr edilən videoçarx nümayiş etdirilib, milli süfrə açılıb və gənclərə Azərbaycana aid suvenirlər təqdim olunub.

Qeyd edək ki, ölkəmizi seminarda Şuranın məsləhətçisi Vüsal Əzizov, Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov və Azərbaycan Gənclər İttifaqının nümayəndələri Cəmilə Əhmədzadə və Mirzə Əliyev təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti