...

Ekspert: Ermənistan əhalisinin 40 faizi potensial miqrantdır

Cəmiyyət Materials 31 İyul 2014 18:24 (UTC +04:00)
BMT-nin Humanitar Fondunun məlumatına görə, əsrin sonunda Ermənistanda 750 min sakin qalacaq, onların faiz nisbətində nə qədərinin erməni olacağı isə hələ məlum deyil.
Ekspert: Ermənistan əhalisinin 40 faizi potensial miqrantdır

Azərbaycan, Bakı, 31 iyul /Trend/

BMT-nin Humanitar Fondunun məlumatına görə, əsrin sonunda Ermənistanda 750 min sakin qalacaq, onların faiz nisbətində nə qədərinin erməni olacağı isə hələ məlum deyil. Trend-in Tert.am-a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə sosioloq Aqaron Aqabekyan "Miqrasiyanın coğrafiyası" mövzusu üzrə sorğunun nəticələrini təqdim edərkən deyib.

Onun sözlərinə görə, potensial miqrantların sayı üzrə birinci yeri Kotayk vilayəti tutur: "Buna səbəb Kotaykın urbanizasiya olunmuş şəhər olmasıdır. Vaxtilə burada onlarla zavod işləyib, hazırda isə işləmir. Yeganə ümid yeri miqrasiyadır".

Sosioloq qeyd edib ki, ölkəni daha çox tərk etməyə hazır olduqlarını Vayots Dzor, sonra isə Armavir və Araqatson sakinləri ifadə ediblər: "Belə olan halda ölkə əhalisinin 40 faizinin potensial miqrant olduğu üzə çıxır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti