...

Paytaxtın Nobel prospektində hərəkət məhdudlaşdırılacaq

Cəmiyyət Materials 1 Avqust 2014 11:14 (UTC +04:00)
Xətlənmə işləri ilə bağlı Nobel prospektdə hərəkət məhdudlaşdırılacaq.
Paytaxtın Nobel prospektində hərəkət məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir İlkin İzzət/

Xətlənmə işləri ilə bağlı Nobel prospektdə hərəkət məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 11:00-dan Nobel prospektində (Zığ şosesi istiqamətində) yolun 2 zolağında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq Heydər Əliyev və Babək prospektlərindən istifadə etmələri tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti