...

Bakının mərkəzində yol kəsişməsi bağlanacaq, avtomobillər əks istiqamətdə hərəkət edəcəklər

Cəmiyyət Materials 1 Avqust 2014 15:35 (UTC +04:00)
Avqustun 2-si saat 20:00-dan avqustun 3-ü saat 08:00-dək paytaxtın Neftçilər prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində, "Port Baku"nun inzibati binasının yaxınlığında dəmir yolunda əsaslı təmir-tikinti işləri aparılacaq.
Bakının mərkəzində yol kəsişməsi bağlanacaq, avtomobillər əks istiqamətdə hərəkət edəcəklər

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir İlkin İzzət/

Avqustun 2-si saat 20:00-dan avqustun 3-ü saat 08:00-dək paytaxtın Neftçilər prospekti ilə Yusif Səfərov küçəsinin kəsişməsində, "Port Baku"nun inzibati binasının yaxınlığında dəmir yolunda əsaslı təmir-tikinti işləri aparılacaq. Bu səbəbdən göstərilən ərazidən keçən bütün nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.

Bunu Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

Bölmə rəisinin sözlərinə görə, paytaxtın Neftçilər prospekti ilə Nobel prospekti və Yusif Səfərov küçəsinə doğru hərəkət istiqaməti dəyişdiriləcək və hərəkət Neftçilər prospekti ilə Keykab xanım Səfərəliyeva küçəsinin kəsişməsindən tənzimlənəcək: "Yəni nəqliyyat vasitələri Neftçilər prospektindən Keykab Səfərəliyeva küçəsinə keçməklə Üzeyir Hacıbəyov küçəsi boyu Cavanşir körpüsünün üzəri ilə hərəkətin əksinə, Afiyəddin Cəlilov və yaxud Yusif Səfərov küçələri istiqamətində hərəkət edə biləcəklər. Bu məqsədlə Yusif Səfərov küçəsi ilə Üzeyir Hacıbəyov küçəsi və Neftçilər prospektinə doğru hərəkət edən sürücülərdən xahiş olunur ki, Mərkəzi Neftçilər Xəstəxanasının yanından sağa, 28 May küçəsi ilə Neftçilər prospekti istiqamətində hərəkət etsinlər ki, göstərilən ərazidə nəqliyyatın sıxlığı yaranmasın".

V.Əsədov həmçinin əlavə edib ki, təmir işləri şənbə və bazar günlərinə təsadüf edəcək. Ona görə də Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Dənizkənarı Milli Park boyu istirahətə gələnlərdən xahiş edir ki, ərazidə nəqliyyatın yarana bilən çoxluğunu nəzərə alsınlar və alternativ yollardan istifadəyə üstünlük versinlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti