...

Azərbaycanda Bilik Fondu fəaliyyətə başladı

Cəmiyyət Materials 1 Avqust 2014 17:00 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu artıq fəaliyyətə başlayıb.
Azərbaycanda Bilik Fondu fəaliyyətə başladı

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu artıq fəaliyyətə başlayıb.

Fondun mətbuat katibi Ceyhun Musaoğlu Trend-ə bildirib ki, qurumun idarəçilik strukturu tam müəyyənləşib, icraçı direktor tərəfindən əməkdaşları təyin edilib.

C.Musaoğlu deyib ki, Bilik Fondunun fəaliyyətinə ümumi nəzarəti həyata keçirən Himayəçilik Şurasının üzvü, Azərbaycanın millətlərarası, multikultiralizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev Fondun əməkdaşları ilə iki dəfə geniş tərkibli görüş keçirib.

Görüşdə Bilik Fondunun məqsəd və məramı, fəaliyyət istiqaməti, əməkdaşların vəzifələri, ilin sonuna qədər həyata keçirəcəyi layihələr ətraflı şəkildə müzakirə edilərək, konkret tapşırıqlar verilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əsəs məqsədi Azərbaycan Respublikasının əhalisini maarifləndirmək, dövlətin daxili və xarici siyasətinin mahiyyətini ictimaiyyətə çatdırmaqdır. Bunun üçün təbliğat xarakterli tədbirlər həyata keçiriləcək, qloballaşma şəraitində cərəyan edən proseslər haqqında dolğun biliklər çatdırılacaq, azərbaycançılıq məfkurəsinin mahiyyəti, milli-mənəvi və dini dəyərləri təbliğ olunacaq, şəxsin müasir standartlara uyğun biliklərə və dünyagörüşünə yiyələnməsini, şəxsiyyət kimi inkişafını təmin etmək məqsədi ilə tədbirlər həyata keçiriləcək, onların bacarıqlarının, peşəkarlıq səviyyələrinin və dünyagörüşlərinin inkişafına dəstək göstəriləcək, sağlam həyat tərzi, ətraf mühitin mühafizəsi təbliğ olunacaq, Azərbaycan tarixinin və mədəniyyətinin təbliğinə yönəlmiş tədbirlər təşkil ediləcək, ölkəmizin dinamik inkişafı və dünya birliyinə inteqrasiyası ilə əlaqədar təhlillər aparılacaq, beynəlxalq, regional və ölkədaxili proseslər öyrənilərək ictimaiyyətə çatdırılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti