...

Mədət Quliyev 11 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsinə icraçı təyin edib

Cəmiyyət Materials 1 Avqust 2014 17:44 (UTC +04:00)
Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsinin icraçısı təyin olunub.
Mədət Quliyev 11 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsinə icraçı təyin edib

Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir İlkin İzzət/

Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsinin icraçısı təyin olunub.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyevin əmri ilə 11 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsinin icrası ədliyyə polkovnik-leytenantı Mahir Yasəf oğlu Əliyevə həvalə edilib.

Ədliyyə polkovnik-leytenantı M.Əliyev 1986-cı ildən cəza-icra orqanlarında xidmət edir. 2011-ci ildən Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsinin rəis müavini vəzifəsində çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti